Xəzər Xəbər

UEFA-dan daha bir yenilik Bu liqada VAR tətbiq olunacaq

İdman | 16:46 • 3 İyun 2019
UEFA-dan daha bir yenilik

Artıq UEFA Millətlər Liqasında da videotəkrar (VAR) sistemindən istifadə olunacaq.

XəzərXəbər xəbər verir ki, bu barədə UEFA rəsmi informasiya yayıb.

Məlumata görə, sistemin ilk sınağı iyunun 5-də start götürəcək final mərhələsində baş tutacaq.

Qeyd edək ki, UEFA Millətlər Liqasının finalında Portuqaliya millisi İsveçrə, Hollandiya millisi isə İngiltərə ilə qarşılaşacaq.

Final mərhələsi 5-6 iyun tarixlərində baş tutacaq.

Xəbər lenti