Xəzər Xəbər

“Liverpul”un UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümündə qazancı açıqlanıb

İdman | 17:21 • 2 İyun 2019
“Liverpul”un UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümündə qazancı açıqlanıb

İngiltərənin "Liverpul” klubunun UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümündə qazancı açıqlanıb.


AZƏRTAC "Mirror” nəşrinə istinadla xəbər verir ki, "Mersesayd” təmsilçisi 110 milyon avro qazanıb. Klub iyunun 1-də turnirin həlledici görüşündə digər ingilis klubu "Tottenhem”i 2:0 hesabla məğlub edib. "Liverpul” turnirin qalibi olduğu üçün 19 milyon avro, ümumilikdə turnirdə gəliri isə 74,35 milyon avro olub. İngilis qrupu televiziya yayım satışından təxminən 35 milyon avro əldə edib. Nəşrin əldə etdiyi məlumata görə, televiziya satışından "Tottenhem” 1 milyon avro daha az qazanıb.


Qeyd edək ki, "Liverpul” bu qələbədən sonra tarixində 6-cı dəfə qitənin ən nüfuzlu klub turnirinin qalibi adını qazanıb. "Liverpul” 1977-ci, 1978-ci, 1981-ci, 1984-cü və 2005-ci illərdə UEFA Çempionlar Liqasının qalibi olub. Komanda ümumilikdə üç dəfə bu turnirin finalında məğlub olub. "Liverpul” ötən mövsüm turnirin finalında "Real Madrid”ə 1:3 hesabı ilə uduzub. "Mersisaydlılar” sonuncu çempionluğu 2005-ci ildə İstanbulda "Milan”ı əsas vaxtı 3:3 hesabı ilə başa çatan qarşılaşmada 11 metrlik cərimə zərbələri seriyasında məğlub edərək çempion olub.


Komanda, həmçinin üç dəfə (1973, 1976, 2001) UEFA Kubokunu, üç dəfə isə UEFA Super Kubokunu (1977, 2001, 2005) başı üzərinə qaldırıb.

Xəbər lenti