Xəzər Xəbər

İtaliya mətbuatı: Antoni Konte “İnter”in yeni baş məşqçisidir

İdman | 09:37 • 2 İyun 2019
İtaliya mətbuatı: Antoni Konte “İnter”in yeni baş məşqçisidir

İtaliya "İnter” klubu son iki ildə Luçano Spalettinin rəhbərliyi altında qeyri-sabit oyun nümayiş etdirib, buna görə cümə axşamı baş məşqçi ilə komandanın yolları ayrılıb.


Xezerxeber.az ANSA agentliyinə istinadən xəbər verir ki, ölkə mətbuatı "İnter”də baş məşqçi postuna Antonio Kontenin təyin edildiyi haqqında məlumat yayıb.


"Bir halda ki, biz "İnter”liyik, qarşımıza böyük hədəflər qoymalıyıq. Hər şey yenidən başlayır. Azarkeşlər niyə məhz "İnter”in sükanı arxasına keçməyimlə bağlı sual verirlər. Çünki biz eyni ambisiyaları, cəsarəti, qələbə yanğısını və əzmi bölüşürük”, - deyə Antoni Konte söyləyib.

Xəbər lenti