Xəzər Xəbər

Ronaldonun "Real"dakı varisi müəyyənləşdi

İdman | 14:48 • 1 İyun 2019
Ronaldonun "Real"dakı varisi müəyyənləşdi

"Real"a keçidi gözlənilən Eden Hazardın yeni klubunda forma nömrəsi də müəyyənləşib.


XəzərXəbər "Daily Express"ə istinadən xəbər verir ki, "Çelsi"nin "Kral Klubu"na dəyişəcək belçikalı yarımmüdafiəçi 7 nömrəli forma ilə çıxış edəcək. Bu formanı "Real"da son olaraq Kriştiano Ronaldo geyinib.


Qeyd edək ki, Hazard Avropa Liqasının Bakıda keçirilən finalından sonra "Çelsi"dən ayrılacağını bildirib.


Fanat.Az

Xəbər lenti