Xəzər Xəbər

Almaniya millisinin baş məşqçisi xəstəxanaya yerləşdirilib

İdman | 18:43 • 31 May 2019
Almaniya millisinin baş məşqçisi xəstəxanaya yerləşdirilib

Futbol üzrə Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv xəstəxanaya yerləşdirilib.


Xezerxeber.az xəbər verir ki, 59 yaşlı almaniyalı mütəxəssisin məşqlərdən birində aldığı zədədən sonra qan dövranında problem yaranıb. Bu səbəbdən Löv Frayburqda xəstəxanaya aparılıb.


Səhhətindəki problemlərə görə Löv "Avro-2020”nin seçmə mərhələsində Belarus (8 iyun) və Estoniya (11 iyun) ilə oyunları buraxacaq.

Xəbər lenti