Xəzər Xəbər

"Real" bu gün Hazard transferini bitirəcək

İdman | 12:07 • 31 May 2019
"Real" bu gün Hazard transferini bitirəcək

"Çelsi"nin futbolçusu Eden Hazardın "Real"a keçib-keçməyəcəyi bu gün dəqiqləşəcək.

Madrid klubu qarşı tərəfə yekun təklifini irəli sürəcək. Londonluların təklifi qəbul edəcəyi gözlənilir.

Belçikalı futbolçu Avropa Liqasının dünənki final matçından sonra "Çelsi"də son oyununu keçirdiyini açıqlayıb.

28 yaşlı yarımmüdafiəçinin şənbə günü artıq Madridə gedəcəyi bildirilir. Daha əvvəl transferin iyunun 3-də açıqlanacağı yazılmışdı.

Xəbər lenti