Xəzər Xəbər

"Atletiko" kapitanı havayı gətirdi

İdman | 13:32 • 30 May 2019
"Atletiko" kapitanı havayı gətirdi

"Atletiko" heyətinə daha bir futbolçu qatıb.

Madrid təmsilçisi "Portu"nun kapitanı Ektor Erreranı transfer edib.

Meksika millisinin üzvü yaxın günlərdə yeni komandası ilə 5 illik müqavilə imzalayacaq. 29 yaşlı yarımmüdafiəçi "Atletiko"ya havayı başa gəlib. Çünki onun portuqaliyalılarla müqavilə müddəti başa çatıb. Bununla Errera yay fasiləsində "Portu"nu "Atletiko"ya dəyişən ikinci futbolçu olub. Ona qədər müdafiəçi Felipe də ispanlarla müqavilə imzalayıb.

Qeyd edək ki, Errera son mövsümdə çıxdığı 53 oyunda 9 qol vurub 3 məhsuldar ötürmə müəllifi olub.

Fanat.Az

Xəbər lenti

Çox oxunanlar