Xəzər Xəbər

"Çelsi" "Başakşəhər"lə "Lion"un Çempionlar Liqasında yolunu açdı

İdman | 12:56 • 30 May 2019
"Çelsi" "Başakşəhər"lə "Lion"un Çempionlar Liqasında yolunu açdı

Avropa Liqasının qalibi olan "Çelsi" Fransanın "Lion" və Türkiyənin "Başakşəhər" klubunun yolunu açıb.

Finalda uduzan "Arsenal" Çempionlar Liqasında iştirak etməkdən məhrum olub. "Çelsi" bu vəsiqəni ölkə çempionatında rəsmiləşdirmişdi.

Buna görə, Fransa I Liqasında mövsümü 3-cü yerdə başa vuran "Lion" klubu ÇL-də mübarizəyə III təsnifat mərhələsindən deyil, qrup mərhələsindən başlayacaq.

Türkiyənin "Başakşəhər" klubu isə ÇL-in II təsnifat mərhələsindən deyil, III təsnifatdan mübarizəyə start götürəcək. "Portu" və Kiyev "Dinamo"su İstanbul klubunun bəlli olan potensial rəqibidir.

Xəbər lenti