Xəzər Xəbər

"Beşiktaş"dan 6,5 milyon avroluq rəsmi transfer

İdman | 12:48 • 30 May 2019
"Beşiktaş"dan 6,5 milyon avroluq rəsmi transfer

"Beşiktaş" ötən mövsüm İtaliyanın "Torino" klubundan icarəyə götürdüyü Adem Lyayiçin transfer hüququna yiyələnib.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, İstanbul klubu Serbiya millisinin üzvünü birdəfəlik transfer edib. Bu keçid "qara qartallar"a 6,5 milyon avroya başa gəlib. 27 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Lyayiç ötən mövsüm 33 oyuna 9 qol vurub, 11 assist edib.

Xəbər lenti