Xəzər Xəbər

"Çelsi"yə kubok təqdim olundu

İdman | 09:09 • 30 May 2019
"Çelsi"yə kubok təqdim olundu

Bakıda UEFA Avropa Liqasının finalçıları - İngiltərənin "Çelsi" və "Arsenal" komandalarının mükafatlandırma mərasimi keçirilib.

XəzərXəbər "Report"a istinadən xəbər verir ki, qarşılaşmanın ardından təşkil olunan mükafatlandırmaya UEFA-nın rəhbəri Aleksander Çeferin, AFFA prezidenti Rövnəq Abdullayev və digər şəxslər qatılıblar.

Ənənəyə uyğun olaraq, əvvəlcə matçın hakimləri xatirə medallarını alıblar. Daha sonra "Arsenal" heyəti gümüş, "Çelsi" kollektivi isə qızıl medalla təltif olunub.

Avropa Liqasının kubokunu isə Çeferin "Çelsi"nin kapitanları Qari Keyhill və Sesar Aspilikuetaya təqdim edib.

Qeyd edək ki, final matçı "Çelsi"nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər lenti