Xəzər Xəbər

“Çelsi” və “Arsenal”ın oyunöncəsi açıq məşqlərinin vaxtı müəyyənləşdi

İdman | 10:21 • 28 May 2019
“Çelsi” və “Arsenal”ın oyunöncəsi açıq məşqlərinin vaxtı müəyyənləşdi

Mayın 29-da UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda qarşılaşacaq "Çelsi” və "Arsenal” komandalarının oyunöncəsi mətbuat konfransı və mətbuat üçün açıq məşqlərinin vaxtı müəyyənləşib.

XəzərXəbər AFFA-ya istinadla xəbər verir ki, mayın 28-də Bakı Olimpiya Stadionunda "Arsenal” komandasının baş məşqçisi və iki futbolçusunun iştirakı ilə saat 17:45-də mətbuat konfransı keçiriləcək. Saat 18:30–da isə komandanın mətbuat üçün açıq məşqi olacaq.

"Çelsi” komandasının baş məşqçisi və iki futbolçusunun iştirakı ilə mətbuat konfransı isə saat 20:15-də təşkil ediləcək. Saat 21:00-da komandanın mətbuat üçün açıq məşqi olacaq.

Tədbirlərdə müvafiq qaydada akkreditasiyadan keçmiş mətbuat nümayəndələri iştirak edə biləcəklər.

Xəbər lenti