Xəzər Xəbər

Türkiyə millisinin üzvü "Trabzonspor"dan ayrıldı

İdman | 15:20 • 26 May 2019
Türkiyə millisinin üzvü "Trabzonspor"dan ayrıldı

Türkiyənin "Trabzonspor" klubunda ayrılıq baş verib.

Türkiyə millisinin üzvü Olcay Şahan klubla başa çatan müqaviləsini uzatmayıb. 31 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında "bordo-mavililər"lə vidalaşıb.

Olcay 2016/17 mövsümünün qış fasiləsində "Beşiktaş"dan "Trabzonspor"a keçmişdi. O, komandada 71 oyuna 8 qol vurub, 19 assist edib.

Xəbər lenti