Xəzər Xəbər

Azərbaycan velosipedçisi Ukraynada uğurla çıxış edib

İdman | 17:41 • 25 May 2019
Azərbaycan velosipedçisi Ukraynada uğurla çıxış edib

Ukraynanın Çabanı şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük "Sülh uğrunda Horizon Park” yarışı keçirilib.


Xezerxeber.az xəbər verir ki, veloturda Azərbaycanın elit yığmasının üzvü – Ukraynanın "Lviv” kontinental klubunun velosipedçisi Elçin Əsədov da iştirak edib.


Veloturda 145 kilometr məsafəni 3 saat, 38 dəqiqəyə qət edən E.Əsədov finiş xəttini 7-ci keçib və bununla da ölkəmizin reytinqinə "Tokio 2020” Yay Olimpiya Oyunları üçün daha 5 lisenziya xalı qazandırıb. Yeri gəlmişkən, E.Əsədov həm də şərəfini qoruduğu "Lviv” komandasının yarışda iştirak edən üzvləri arasında ən yüksək nəticə göstərib.

Xəbər lenti