Xəzər Xəbər

Pep Qvardioladan De Rossiyə təklif

İdman | 17:37 • 24 May 2019
Pep Qvardioladan De Rossiyə təklif

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Roma"dan ayrılacağını açıqlayan Daniele De Rossiyə komandada məşqçi kimi çalışmağı təklif edib.

XəzərXəbər sportal.az-a istinadən xəbər verir ki, De Rossinin peşəkarlığına heyran olan ispan mütəxəssis belə bir xarakteri komandaya qazandırmaq istəyir. Bu səbəbdən də italiyalı yarımmüdafiəçiyə məşqçi kimi çalışmaq təklif edilib.

"Napoli", "Boka Xuniors" və ABŞ klublarından təklif alan 35 yaşlı futbolçu düşünmək üçün zaman istəyib.

Xəbər lenti

Çox oxunanlar