Xəzər Xəbər

Tuxeldən Neymar və Mbappe ayrılığına açıq qapı

İdman | 17:33 • 24 May 2019
Tuxeldən Neymar və Mbappe ayrılığına açıq qapı

PSJ-nin baş məşqçisi Tomas Tuxel komandanın ulduz futbolçuları - Kilian Mbappe və Neymarla bağlı açıqlama verib.

XəzərXəbər sportal.az-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis futbolçuların komandadan ayrılacağı iddialarına münasibət bildirib:

"Mbappe çox ağıılı futbolçudur. Gənc yaşından artıq məsuliyyəti öz üzərinə götürməyə çalışır. Bir baş məşqçi kimi Neymar və Mbappenin komandada qalmasını istəyirəm. Ancaq ayrılsalar, çıxış yolutapacağıq".

Mbappe Fransa Liqa 1-də ilin futbolçusu seçilərkən komandadan ayrılacağına dair işarə vurmuşdu. Lakin klub sosial şəbəkə hesabında bəyanat yayaraq, 20 yaşlı forvardın komandada qalacağını bəyan etdi.

Neymarın adı isə Madrid "Real"ı ilə hallanır.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti