Xəzər Xəbər

"Yuventus" Türkiyə millisinin üzvü ilə anlaşdı

İdman | 17:46 • 23 May 2019
"Yuventus" Türkiyə millisinin üzvü ilə anlaşdı

Türkiyə millisinin müdafiəçisi Merih Demiral karyerasını "Yuventus"da davam etdirəcək.

"La Gazetta dello Sport" xəbər verir ki, Turin klubu 21 yaşlı futbolçu ilə5 illik anlaşma əldə edib.

"Alanyaspor"un futbolçusu qış fasiləsində İtaliyanın "Sassuolo" klubuna icarəyə verilmişdi. "Yuventus"un türkiyəli futbolçu üçün 15-20 milyon avroluq təzminat ödəyəcəyi gözlənilir.

Demiral Türkiyənin bütün yaş qruplarından ibarət yığmalarında çıxış edib. O, ötən ildən əsas milliyə dəvət alır.

Xəbər lenti