Hollandiya çempionu "Ayaks" müdafiə xəttinə yeni oyunçu alıb.
XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, Amsterdam klubu Argentinanın "Defansa" klubundan Lisandro Martinesi transfer edib. 21 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Martinesin keçidi "Ayaks"a 7 milyon avroya başa gəlib.
Gənc futbolçu Argentina yığmasına bir oyun keçirib.