Xəzər Xəbər

"Arsenal" Bakı finalı üçün mükafat ayırdı Fantastik məbləğ

İdman | 16:03 • 21 May 2019
"Arsenal" Bakı finalı üçün mükafat ayırdı

"Arsenal"ın Bakıdakı Avropa Liqasının finalında qalib gələcəyi təqdirdə, futbolçularına verəcəyi mükafatın məbləği müəyyənləşib.


"Daily Mail" xəbər verir ki, London klubu finaldakı qələbə üçün 10 milyon funt-sterlinq (bugünkü məzənnə ilə təxminən 21.6 milyon manat) mükafat ayırıb.


"Arsenal" rəhbərliyi kuboku qazanacağı halda futbolçulara 100 min funt-sterlinqlə 500 min funt-sterlinq arasında ödəniş edəcək. Kollektiv üzvləri müqavilələrinə daxil edilən maddələrə əsasən pul mükafatları alacaqlar.


Qeyd edək ki, "Arsenal" sonuncu dəfə Avropada 1994-cü ildə titul qazanıb. Bakıdakı final mayın 29-da Olimpiya Stadionunda keçiriləcək və "Arsenal" "Çelsi” ilə qarşılaşacaq.


Fanat.Az


Xəbər lenti