Xəzər Xəbər

Boliviyada oyunun gedişində yıxılan hakim dünyasını dəyişib

İdman | 11:16 • 20 May 2019
Boliviyada oyunun gedişində yıxılan hakim dünyasını dəyişib

Boliviya çempionatının XXV turu faciə ilə əlamətdar olub.


"Olueys Redi” və "Oriente Petrolero” arasında görüşün hakimi Viktor Urtado dünyasını dəyişib.


Matçın ikinci hissəsində yıxılan 32 yaşlı referiyə klub həkimləri ilkin yardım göstəriblər. Ardınca V.Urtado xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb və referi ürək dayanmasından ölüb.


Oyun "Olueys Redi”yə məxsus stadionda keçirilib. El-Alto şəhərindəki arena dəniz səviyyəsindən 4150 metr hündürlükdədir. Bu, dünyada peşəkar futbolun oynanıldığı ən hündürlükdəki stadiondur.


Qeyd edək ki, ehtiyat hakimin idarəçiliyi ilə başa çatan qarşılaşmada "Olueys Redi” 5:0 hesablı qələbə qazanıb. (ONA)

Xəbər lenti