Xəzər Xəbər

İrina Zaretska Karate 1 Seriya A turnirinin finalına yüksəlib

İdman | 10:59 • 19 May 2019
İrina Zaretska Karate 1 Seriya A turnirinin finalına yüksəlib

İstanbulda Dünya Karate Federasiyasının (WKF) Karate 1 Seriya A turnirində Azərbaycan milli komandası mübarizə aparır.

Qadınlardan ibarət milli komandanın lideri İrina Zaretska (68 kq) turnirin finalına yüksəlib. Dünya reytinq cədvəlinin ikincisi olduğundan yarışa növbəti dövrədən qatılan idmançımız bir-birinin ardınca Luana Debattini (Belçika) 8:0, Çeril Mörfini (ABŞ) 1:0, Kiriaki Kidonakini (Yunanıstan) 4:0, Miroslava Kopunovanı isə (Slovakiya) 1:0 hesabı ilə məğlub edib. Yarımfinalda Someya Kayo (Yaponiya) ilə görüşü xalsız bərabərliklə başa vursa da, hakimlərin qərarı ilə 3:2 hesablı qələbə qazanıb. İ.Zaretskanın bu gün finalda rəqibi Marina Rakoviç (Monteneqro) olacaq.

Milli komandanın liderlərindən olan Rafael Ağayev (75 kq) yarışın son günü döyüşəcək. Onun ilk rəqibi Jakonşox İbroximov (Özbəkistan) olacaq. Komandanın digər üzvü Vüsal Kamallı da eyni çəki dərəcəsində bu gün tatamiyə çıxacaq.

Qeyd edək ki, mayın 17-də start götürən turnir bu gün başa çatacaq. Seriya A turnirində 102 ölkədən 1813 karateçi iştirak edir.

Xəbər lenti