Xəzər Xəbər

"Çelsi"nin futbolçusu finalı buraxacaq

İdman | 15:06 • 17 May 2019
"Çelsi"nin futbolçusu finalı buraxacaq

"Çelsi" ciddi itkiylə üzləşib.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, "Nyu-İnqlend Revolyuşn"la yoxlama matçında zədələnən Ruben Loftus-Çik bu gün əməliyyat olunacaq. 23 yaşlı yarımmüdafiəçinin yaşıl meydanlara qayıdacağı vaxt açıqlanmayıb.

İngiltərə millisinin üzvü Avropa Liqasının finalında "Arsenal"a qarşı oynamayacaq.

"Çelsi" - "Arsenal" finalı mayın 29-u Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər lenti