"Çelsi"nin sahibi Roman Abramoviç mövsümün sonunda komandanın baş məşqçisi Maurisio Sarrini istefaya göndərmək istəyir.
"La Gazetta dello Sport" xəbər verir ki, rusiyalı iş adamı alınan nəticələrdən və komandanın Premyer Liqanı 3-cü pillədə başa vurmasından razı deyil.
Sarri ilə "Milan" və "Roma" maarqlanır. 60 yaşlı mütəxəssis istefaya göndərilsə, İtaliya klubları hərəkətə keçəcək.
"Çelsi" cari mövsüm italiyalı mütəxəssisin rəhbərliyi altında 62 oyunun 39-da qalib gəlib, 11-də heç-heçə edib və 12 dəfə uduzub.