Xəzər Xəbər

"Borussiya" 45 milyona iki futbolçu aldı

İdman | 14:01 • 17 May 2019
"Borussiya" 45 milyona iki futbolçu aldı

Almaniyanın "Borussiya" klubu heyətinə iki futbolçu cəlb edib.

XəzərXəbər "Kicker" nəşrinə istinadən xəbər verir ki, Dortmund klubu "Hoffenhaym"dan Niko Şultsu transfer edib. 26 yaşlı sol cinah müdafiəçisinin keçidi Dortmund təmsilçisinə 25 milyon avroya başa gəlib.

Bundan əlavə, "Borussiya" Münhenqladbax "Borussiya"sından 26 yaşlı belçikalı yarımmüdafiəçi Torqan Hazardın transferini 20 milyon avroya bitirib.

Torqan Hazard bu mövsüm Bundesliqada 32 oyuna 10 qol vurub, 11 assist edib. Şults isə 29 qarşılaşmada 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti