Xəzər Xəbər

Sabiq "Qarabağ"lı "Trabzonspor"a keçir

İdman | 13:38 • 17 May 2019
Sabiq "Qarabağ"lı "Trabzonspor"a keçir

"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç iş yerini dəyişmək üzrədi.

Bosniya və Herseqovina mətbuatının məlumatına görə, bu ölkə yığmasının çərçivə qoruyucusu "Ərzurumspor"la vidalaşacaq.

Belə ki, Şehiçin karyerasını "Trabzonspor"da davam etdirməsi gözlənilir. Ərzurum klubu ilə uğursuz mövsüm keçirən 31 yaşlı qolkiperin komandası sona 2 tur qalmış Superliqanı tərk etmək təhlükəsi ilə üzləşib.

Xəbərdə bildirilir ki, trabzonlular bu keçidlə bağlı qarşı tərəflə danışıqları yekunlaşdırmaq üzrədi. İlkin anlaşmaya görə, Şehiçin transferi ərzurumlulara 2 milyon avro qazandıracaq.

"Ərzurumspor"a ötən ilin yayında "Qarabağ"dan keçən İbrahim Şehiçin Superliqa təmsilçisi ilə müqavilə müddəti gələn ilin yayına qədərdi.

Fanat.Az

Xəbər lenti