Xəzər Xəbər

19 yaşlı gənc MY-dən imtina etdi - SƏBƏB

İdman | 13:35 • 17 May 2019
19 yaşlı gənc MY-dən imtina etdi - SƏBƏB

Dortmund "Borussiya”sının yarımmüdafiəçisi Ceyson Sanço "Mançester Yunayted”ə keçməyəcək.

"The Independent” xəbər verir ki, 19 yaşlı gənc "qırmızı şeytanlar” Çempionlar Liqasına vəsiqə qazana bilmədiyinə görə bu yay iş yerini dəyişməkdən imtina edib.

Sanço ilə yaxından maraqlanan başqa klublar da var. "Barselona”, Madrid "Real”ı və PSJ böyük perspektiv vəd edən orta xətt oyunçusunu uzun müddətdi izləyir.

Qeyd edək ki, "Borussiya”nın 100 milyon avro qiymət qoyduğu Ceyson Almaniya təmsilçisinə 2017-ci ildə "Mançester Siti”dən keçib. Bu mövsüm "arılar”ın formasıyla 33 Bundesliqa oyununa çıxan gənc 11 qol, 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Fanat.Az

Xəbər lenti