Xəzər Xəbər

“Barselona” futbolçularını neçəyə satır – Qiymətlər

İdman | 12:28 • 17 May 2019
“Barselona” futbolçularını neçəyə satır – Qiymətlər

İspaniya futbol nəhənglərindən "Real”la "Barselona” transfer bazarında çox fəaldır. Hər iki komanda maksimum güclənmək haqda düşünür.

"Çelsi”nin hücumçusu Eden Azarın "Real”a keçidi həllini tapıb. Belçikalı Avropa Liqasının Bakı finalından sonra Madridə gedəcək.

Eden Azar

Eden Azar

"Barselona” isə "Ayaks”dan Frenki de Yonqla müqavilə bağlayıb. İndi Kataloniya klubunu iki mümkün transfer çox narahat edir.

"Barselona” "Atletiko”dan Antuan Qrizmann və "Ayaks”ın başqa bir futbolçusu Matteys de Liqt ilə anlaşmaq üzrədir. Sadəcə, bir az pul çatmır. Buna görə də 10 futbolçunu satmaq lazımdır.

Qrizman

Qrizman | Foto: Valentyn Ogirenko / Reuters

Frenki de Yonqun transferi 75 milyon avroya başa gəlib. Qrizmanna 120, de Liqtə görə 70 milyon avro ödəmək lazım gələcək. Ümumilikdə 265 milyon avro. Buna görə də "Barselona” satışa çıxardığı futbolçulara qiymət qoyub.

Samuel Umtiti

Samuel Umtiti

Ən bahalısı Filip Koutinyodur (100 milyon avro). İvan Rakitiç 50, Samuel Umtiti və Malkom 40, Nelson Semedu 35 milyon avroya satılır. Andre Qomeşin transferi təxminən 20-25 milyon avroya başa gələ bilər. Yasper Sillesen ondan azacıq bahadır (30 milyon avro). Ən aşağı qiymət Mark Kukurelyaya qoyulub (10 milyon avro). Denis Suares və Rafinya Alkantaranın məsələsi hələ açıq qalıb. Yəni konkret qiymət müəyyənləşdirilməyib.

Xəbər lenti