Xəzər Xəbər

Sulşer: "İngiltərənin ən güclü komandası "Mançester Siti"dir"

İdman | 16:07 • 26 Aprel 2019
Sulşer: "İngiltərənin ən güclü komandası "Mançester Siti"dir"

"Mançester Yunayted"in baş məşqçisi Ule-Qunnar Sulşer İngiltərə Premyer Liqasında "Mançester Siti"yə uduzduqları oyundan sonra açıqlama verib.

XəzərXəbər xəbər verir ki, norveçli mütəxəssis"şəhərlilər"i İngiltərənin ən güclüsü hesab edib bə Pep Qvardiolanın gördüyü işi qeyri adi-adlandırıb:

"İngiltərənin ən güclü komandası "Mançester Siti"di. Son 2 mövsümdə səviyyəni xeyli qaldırdılar. İndiyə qədər neçə xal topladıqlarını heç saymamışam da. Qvardiolanın futbolçularla gördüyü iş qeyri-adidi. Eyni şəhərin komandası olduğumuz üçün bunu hər gün hiss edə bilirik".

35 oyundan sonra 89 xal toplayan "Mançester Siti" Premyer Liqada vahid liderdi. "Liverpul" 88 xalla 2-ci pillədə məskunlaşıb. "Mançester Yunayted" isə 64 xalla 6-cı pillədə qərarlaşıb.

Xəbər lenti