Xəzər Xəbər

İngiltərədə ilin ən yaxşısı adına 6 namizəd

İdman | 11:50 • 21 Aprel 2019
İngiltərədə ilin ən yaxşısı adına 6 namizəd

İngiltərə Peşəkar Futbolçular Assosasiyası ölkədə ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.


Siyahıda 6 oyunçunun adı yer alıb. Bunlar "Manchester City"dən Serxio Agüero, Bernardo Silva və Rəhim Sterlinq, "Liverpool"dan Vircil van Deyk və Sadio Mane, "Chelsea"dən isə Eden Hazarddır.


Qalibin adı aprelin 28-i Londonda keçiriləcək tədbirdə açıqlanacaq.


Qeyd edək ki, son qalib "Liverpool"un hücumçusu Məhəmməd Salah olub. (Goal.az)

Xəbər lenti