Xəzər Xəbər

"Arsenal" Suaresi "Barselona"ya qaytarır

İdman | 17:40 • 19 Mart 2019
"Arsenal" Suaresi "Barselona"ya qaytarır

London "Arsenal”ı yarımmüdafiəçi Denis Suaresi vaxtından əvvəl geri qaytarmaq istəyindədi.

"The Sun” xəbər verir ki, "topçular”ın çalışdırıcısı Unai Emeri onun Premyer Liqaya uyğunlaşa bilməməsindən narazıdı.

Bu səbəbdən "Arsenal” icarə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq Suaresi Kataloniya klubuna qaytarmağı planlaşdırır. London təmsilçisi adaptasiya problemi yaşayan orta xətt oyunçusunun transfer hüququna yiyələnmək arzusundan əl çəkib.

Xatırladaq ki, "Barsa” 25 yaşlı Suaresi ingilislərə bu qış icarəyə verib. İngiltərə Premyer Liqasında forma şansı qazandığı 4 görüşdə cəmi 67 dəqiqə oynayan yarımmüdafiəçi heç nə ilə yadda qalmayıb.

Fanat.Az

Xəbər lenti