Xəzər Xəbər

İspanlardan müsəlman ulduza FANTASTİK TƏKLİF

İdman | 17:23 • 19 Mart 2019
İspanlardan müsəlman ulduza

İspaniyanın "Real” klubu Misir yığmasının futbolçusu Məhəmməd Salaha elçi düşüb. 


Madrid təmsilçisi İngiltərə "Liverpul”unun hücumçusunu yayda heyətinə qatmaq istəyir.


"Kral klubu” "Çelsi”nin belçikalı ulduzu Eden Azarı transfer edə bilməsə, bütün diqqətini Salahın keçidinə yönəldəcək. İspaniyalılar misirli forvard üçün 150 milyon avro ödəmək niyyətindədirlər. Lakin "Liverpul”un baş məşqçisi Yurgen Klopp yayda liderlərdən heç birini buraxmayacağını açıqlayıb.


Qeyd edək ki, Salah cari mövsüm Premyer Liqanın 31 oyununda 17 qol vurub və 8 məhsuldar ötürmə verib.

Xəbər lenti