Xəzər Xəbər

Əfran İsmayılov Türkiyədə əməliyyat olundu

İdman | 14:08 • 19 Mart 2019
Əfran İsmayılov Türkiyədə əməliyyat olundu

"Sumqayıt"ın futbolçusu Əfran İsmayılov Türkiyənin paytaxtı Ankarada əməliyyat olunub.

XəzərXəbər xəbər verir ki, bu barədə klubun mətbuat xidməti informasiya yayıb.

İsmayılovun "Acıbadem" klinikasında Türkiyənin məşhur həkimi Mehmet Binnet tərəfindən aparılan əməliyyatı uğurlu keçib.

İlkin məlumata əsasən, 31 yaşlı yarımmüdafiəçi 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Ə.İsmaylov Premyer Liqanın XXI turunda "Sabah"la səfərdə baş tutan matçda sağ ayağında problem yarandığı üçün əvəzlənib.

Xəbər lenti