Xəzər Xəbər

Xorvatiya - Azərbaycan matçının baş hakimi bəlli olub

İdman | 14:14 • 18 Mart 2019
Xorvatiya - Azərbaycan matçının baş hakimi bəlli olub

AVRO-2020-nin seçmə mərhəsinin I turunda keçiriləcək Xorvatiya - Azərbaycan matçının hakimləri müəyyənləşib.


"Report"un məlumatına görə, görüş Georgi Kabakovun rəhbərlik etdiyi Bolqarıstandan olan hakimlər briqadasına tapşırılıb.


Qeyd edək ki, Xorvatiya - Azərbaycan qarşılaşması martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər lenti