Xəzər Xəbər

Zidan "Mançester Siti"nin ulduzunu istədi

İdman | 15:48 • 17 Mart 2019
Zidan "Mançester Siti"nin ulduzunu istədi

"Real" "Mançester Siti"nin futbolçusu Rahim Sterlinqə elçi düşüb.


"Daily Mirror" xəbər verir ki, Madrid klubunun baş məşqçisi Zinəddin Zidan 24 yaşlı hücumçunu transferini istəyib.


Qeyd edək ki, Sterlinq 2015-ci ildə "Liverpul"dan "Mançester Siti"yə 63.7 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt"də ona 120 milyon avro qiymət qoyub. 24 yaşlı hücumçu bu mövsüm meydana çıxdığı 39 matçda 19 qol vurub, 16 məhsuldar ötürmə verib.


Fanat.Az

Xəbər lenti