Xəzər Xəbər

"Barselona"nı silkələyən açıqlama Komandan gedə bilər

İdman | 15:41 • 17 Mart 2019
"Barselona"nı silkələyən açıqlama

"Liverpul"dan "Barselona"ya 160 milyon avroya transfer olunaraq klub tarixinin ən bahalı futbolçusu olan Filipe Kountinyonun komandanı tərk edə biləcəyi ilə bağlı xəbərlər səngimir.


Gəldiyi gündən performansı müzakirə olunan və Lionel Messinin kölgəsində qalan braziliyalı futbolçu adı son dövrlər "Mançester Yunayted"lə yanaşlı çəkilirdi.


Kountinyo özü də İspaniya mətbuatına açıqlamasında komandadan gedə biləcəyinə işarə vurub: "Son bir neçə həftədə, hətta bir neçə ayda yaxşı oynaya bilmirdim. Amma hələ də özümü inkişaf etdirmək istəyirəm. "Bapselona"ya bacarığımı göstərmək üçün gəldim. Mən bu anı yaşayan insanam. Gələcəkdə nələrin olacağını heç kim bilmir".


Fanat.Az


Xəbər lenti