Xəzər Xəbər

"Barselona"dan 120 milyonluq transfer

İdman | 15:17 • 17 Mart 2019
"Barselona"dan 120 milyonluq transfer

"Barselona" "Atletiko"dan Antoine Qrizmannın transferi üçün yenidən hərəkətə keçib.


Bundan əvvəl 100 milyon avroluq təklifi qəbul olunmayan Kataloniya klubu yeni təklif hazırlayıb. Fransanın "L`Equipe" nəşrinin məlumatına görə, "Barselona" futbolçunun özünə 2024-cü ilədək müqavilə və illik 16 milyon avro maaş təklif edəcək.


Kataloniyalılar həmçinin "Atletiko"ya 120 milyon avro təklif edəcək. "L`Equipe" iddia edib ki, bu təklif böyük ehtimalla qəbul olunacaq.


Fanat.Az

Xəbər lenti