Xəzər Xəbər

"Milan" - "İnter" oyunu başlamadan rekord qırdı

İdman | 15:05 • 17 Mart 2019
"Milan" - "İnter" oyunu başlamadan rekord qırdı

İtaliya A Seriyasında sabah keçiriləcək "Milan" - "İnter" derbisi baş tutmadan tarixə düşüb.


XəzərXəbər meydan sahiblərinin rəsmi saytına istinadən xəbər verir ki, Milan derbisi bilet satışı üzrə İtaliya rekordunu qırıb. Belə ki, artıq oyuna 5,7 milyon avroluq bilet satılıb.


Bundan əvvəlki rekord ötən mövsümün ikinci yarısında keçirilən "İnter" - "Yuventus" oyununda qeydə alınmışdı. Həmin matça 5,29 milyon avro bilet satılmışdı.


Rekordun qırılmasına səbəb ölkə xaricindən gəlmiş şəxslərə 4 min biletin satılmasıdı.


Fanat.Az

Xəbər lenti