Xəzər Xəbər

"Yuventus"un ulduzuna 3 klubdan təklif 90 milyon qiymət qoyuldu

İdman | 14:41 • 17 Mart 2019
"Yuventus"un ulduzuna 3 klubdan təklif

"Yuventus"un futbolçusu Paulo Dibala yayda komandanı tərk edə bilər.


"Tuttosport" xəbər verir ki, argentinalı futbolçunu Avropanın 3 böyük klubu istəyir.


Belə ki, 25 yaşlı hücumçuya "Bavariya", "Mançester Siti" və PSJ-dən təkliflər var. "Yuventus" isə bu futbolçunu 90 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil.


Qeyd edək ki, "Yuventus" Dibalanı 2015-ci ildə "Palermo"dan 40 milyon avroya alıb. Hazırda "Tranfsermarkt" ona 100 milyon avro qiymət qoyub. O, cari mövsümdə meydana çıxdığı 34 matçda 9 qol vurub, 6 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti