Xəzər Xəbər

FİFA dünya çempionatında iştirakçıların sayını artırıb

İdman | 10:35 • 16 Mart 2019
FİFA dünya çempionatında iştirakçıların sayını artırıb

FİFA futbol klublarının dünya çempionatında iştirak edən komandaların sayını yeddidən 24-ə yüksəldib.


Xezerxeber.az xəbər verir ki, bu barədə qərar təşkilatın İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Klubların dünya çempionatında islahatlar çərçivəsində aparılan dəyişiklik 2012-ci ildən qüvvəyə minəcək. İlk turnir pilot layihə statusu daşısa da, gələcəkdə bu formatın daimi olacağına ümid bəslənir.


Dünya çempionatında Avropadan 8 klub, Afrika, Asiya və Şimali/Mərkəzi Amerika qitələrinin hər birindən 3 klub, Cənubi Amerikadan 6 klub və Okeaniya Konfederasiyasından isə bir klub təmsil olunacaq. UEFA istisna olmaqla bütün digər qitələrin assosiasiyaları yeni qaydanın lehinə səs veriblər.

Xəbər lenti