Xəzər Xəbər

Ərsun Yanal istefaya göndərilir? "Fənərbaxça"dan açıqlama

İdman | 16:23 • 15 Mart 2019
Ərsun Yanal istefaya göndərilir?
"Fənərbaxça" baş məşqçisi Ərsun Yanalın istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

İstanbul təmsilçisirəsmi "Tvitter" hesabı vasitəsilə açıqlama verərək, iddiaların əsassız olduğunu,növbəti mövsümdə də 57 yaşlı çalışdırıcı ilə yola davam edəcəklərini bildirib:


"Komandamız bu mövsümü mümkün qədəryuxarı sıralarda bitirməyə çalışacaq. Növbəti mövsümdə isə Ersun Yanalın rəhbərliyi ilə çempionluq uğrunda mübarizə aparacağıq. Bu tip əsassız ayrılıq iddialarına inanmamağınızı xahiş edirik".

Qeyd edək ki,"Fənərbaxça" 25 turdan sonra Superliqada28 xalla 14-cü pillədə qərarlaşıb.

Xəbər lenti