Xəzər Xəbər

UEFA Avropa Liqasının son iki dörddəbir finalçısı məlum olub - SİYAHI

İdman | 09:04 • 15 Mart 2019
UEFA Avropa Liqasının son iki dörddəbir finalçısı məlum olub -

Martın 14-də UEFA Avropa Liqasının son iki dörddəbir finalçısı bəlli olub.


Xezerxeber.az xəbər verir ki, növbəti mərhələyə son iki vəsiqənin sahibi əlavə vaxtda müəyyənləşib. İlk görüşdə İspaniyada "Slaviya” ilə 2:2 hesablı heç-heçə etmiş "Sevilya” eyni nəticəni Çexiyadakı görüşün əsas vaxtında da göstərib. Uzatma dəqiqələrində isə "Slaviya” 2:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin qələbə topu119-cu dəqiqədə İbrahim-Benjamin Traore tərəfindən vurulub. Beləliklə, UEFA Avropa Liqasının 5 qat qalibi "Sevilya” mübarizəni səkkizdəbir finalda dayandırmalı olub. "Slaviya” isə gecənin sensasiyasını gerçəkləşdirib.


"Benfika” Xorvatiyanın paytaxtı Zaqrebdə 0:1 hesabı ilə uduzduğu "Dinamo”nu Portuqaliyada əsas vaxtda 1 qolla məğlub edib. Əlavə vaxtda isə Lissabon komandası daha 2 qol vuraraq, adını növbəti mərhələyə yazdırıb.


Beləliklə, dörddəbir finala bu komandalar yüksəliblər:


"Ayntraxt” (Almaniya);


"Arsenal” (İngiltərə);


"Valensiya” (İspaniya); "Benfika” (Portuqaliya);


"Çelsi” (İngiltərə);


"Vilyarreal” (İspaniya);


"Napoli” (İtaliya);


"Slaviya” (Çexiya).


Qeyd edək ki, UEFA Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər lenti