Xəzər Xəbər

“Milan” “Betis”in futbolçusu üçün 50 milyon avro ödəməyə hazırdır

İdman | 09:02 • 15 Mart 2019
“Milan” “Betis”in futbolçusu üçün 50 milyon avro ödəməyə hazırdır

İtaliyanın "Milan” klubu İspaniyanın "Betis” komandasının yarımmüdafiəçisi Ciovanni Le Çelsonun transferinə 50 milyon avro ödəməyə hazırdır.


Xezerxeber.az  xarici KİV-lərə istinadən xəbər verir ki, 22 yaşlı argentinalı futbolçu keçən il "Betis” klubuna Fransanın "Paris Sen-Jermen” komandasından icarə əsasında keçib. Həmçinin bildirilir ki, "Betis” oyunçuya olan tələbdən istifadə edib, futbolçunu parislilərdən tam transfer etmək niyyətindədir. Ciovanni Le Çelsonun xidmətlərindən "Real Madrid”, "Tottenham”, "Mançester Yunayted” və "Arsenal” klubları maraqlıdır. Bəzi mənbələrin məlumatına görə, "Paris Sen-Jermen” oyunçunun növbəti transferindən də 20 faiz gəlir əldə edə biləcək.


Qeyd edək ki, Le Çelso bu mövsüm "Betis”in heyətində 36 oyunda meydana çıxıb 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti