Xəzər Xəbər

Luka Modriç qərar verdi

İdman | 17:35 • 22 Fevral 2019
Luka Modriç qərar verdi

İspaniyanın "Real Madrid” klubu futbolçusu Luka Modriçlə müqavilənin uzadılması ilə bağlı razılığa gəlib.


Xezerxeber.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmə 2021-ci ilədək nəzərdə tutulub.


Modriç peşəkar futbol karyerasını "Real Madrid” klubunda bitirmək istəyir.


Yarımmüdafiəçi 2018-ci ilin qışında futbolda ən nüfuzlu fərdi mükafat olan "Qızıl top”a layiq görülüb.


Qeyd edək ki, Modriç 2012-ci ildən "Real Madrid”də çıxış edir. Komandanın heyətində 290 oyun keçirən ulduz futbolçu 4 dəfə Çempionlar Liqasının qalibi olub. Xorvatiyalı həm də 2018-ci il dünya çempionatının ən yaxşı futbolçusu adına layiq görülüb. Onun hazırkı müqaviləsi 2020-ci ilin yayında başa çatır.


Futbolçunu İtaliyanın "İnter” klubu heyətinə qatmaq istəyirdi. Lakin Madrid rəhbərliyi onu satmaqdan imtina edib. Həmçinin qeyd olunur ki, klublar maliyyə barəsində razılığa gələ bilməyiblər.

Xəbər lenti