Xəzər Xəbər

"Real" yeni Ronaldosunu tapdı

İdman | 13:28 • 22 Fevral 2019
"Real" yeni Ronaldosunu tapdı

"Real" "Benfika"nın 19 yaşlı futbolçusu Jotaya elçi düşüb.


"Kral Klubu" artın portuqaliyalılarla danışıqlara başlayıb. İspanlar "Yeni Ronaldo" adlandırılan hücumçu üçün 18 milyon avro təklif edib.


U-17 və U-19 komandaları arasında Avropa çempionatlarında diqqətləri üzərinə çəkən Jotanın "Benfika" ilə 2022-ci ilədək müqaviləsi var. Onun müqavilədəki sərbəst qalma maddəsi 30 milyon avrodu. Amma "Real" gələcəyin ulduzunun transferini daha aşağı qiymətə bitirməyə çalışır.


Portuqaliya mediasının məlumatına görə, "Real" 19 yaşlı hücumçunu transfer edə bilməsə, "Benfika" onunla yeni müqavilə imzalayacaq və sərbəst qalma maddəsini 120 milyon avroya yüksəldəcək.


Qeyd edək ki, tam adı Joao Pedro Neves Filipe olan futbolçu 21 oyuna çıxaraq 8 qol vurub və 7 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti