Xəzər Xəbər

Kloppdan etiraf: "Azarkeşlər Premyer Liqaya üstünlük verər"

İdman | 15:55 • 19 Fevral 2019
Kloppdan etiraf: "Azarkeşlər Premyer Liqaya üstünlük verər"

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Liverpul" "Bayern"i qəbul edəcək.

XəzərXəbər "BBC Sport"a istinadənxəbər verir ki, "Liverpul"un baş məşqçisi Yurgen Klop oyundan öncə təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb. Almaniyalı mütəxəssis hazırda Münhen təmsilçisiylə bərabər səviyyədə olduqlarını deyib: "Altı mövsüm Bundesliqada çempion olduqdan sonra "Bayern" üçün bu il çətin olacağı bəlli idi. Ancaq onlar hələ də yarışın içindədirlər və ÇL-də də mübarizə aparırlar. İnsanların bizdən gözlədiklərinin artığına nail olmuşuq. "Bayern" isə cari mövsüm gözlənilənləri təmiz verməyib. Ancaq hazırda bərabər səviyyədəyik".

"Premyer Liqada çempion olmaq istəyərsiniz, yoxsa Çempionlar Liqasında" sualına Klopp belə cavab verib: "Liverpul" azarkeşlərinin hamısı Premyer Liqaya üstünlük verər. Ancaq hazırda biz Çempionlar Liqasında da oynayırıq. Ümid edirəm ki, seçim etmək məcburiyyətində qalmarıq".

Qeyd edək ki, "Liverpul" - "Bayern" matçı bu gün Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Xəbər lenti