İngiltərənin "Liverpul” futbol klubu müdafiəçisi ilə yeni uzunmüddətli müqavilə imzalayıb.
Xezerxeber.az xəbər verir ki, 24 yaşlı şotlandiyalı futbolçu Endi Robertsonun "Liverpul” ilə yeni müqaviləsi 5 il müddətində nəzərdə tutulub.
Şotlandiya millisinin kapitanı cari mövsümdə "Liverpul”un heyətində 25 oyun keçirib. Müdafiəçi Şotlandiya millisində isə 28 matçda meydana çıxıb və 2 qol vurub.