Xəzər Xəbər

"Qalatasaray" Türkiyə millisinin üzvüylə yolları ayırdı

İdman | 18:18 • 16 Yanvar 2019
"Qalatasaray" Türkiyə millisinin üzvüylə yolları ayırdı

Transfer fəaliyyətini davam etdirən "Qalatasaray"da növbəti ayrılıq baş tutub.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, İstanbul klubu müdafiəçisi Tarık Çamdalla yolları ayırıb.

"Sarı-qırmızılar" 27 yaşlı futbolçunu 2014-cü ildə "Əskişəhərspor"dan 4,75 milyon avroya transfer etmişdi. Almaniyanın "1860 Münhen" klubunun yetirməsi "Qalatasaray"da 4,5 mövsümə 6,95 milyon avro qazanc əldə edib. Türkiyə millisinin üzvü42 oyunda qol vurmayıb, assist etməyib və 5 kubok qazanıb.

Xəbər lenti