Xəzər Xəbər

Çex karyerasını başa vurur

İdman | 16:32 • 15 Yanvar 2019
Çex karyerasını başa vurur

Çexiya futbolunun əfsanəsi Petr Çex karyerasıyla bağlı önəmli qərar verib.

"Arsenal"da çıxış edən 36 yaşlı qaoliperimövsümün sonunda əlcəklərini mıxdan asacağını deyib:

"Getmək üçün doğru zaman seçmişəm. 15 ildir ki, Premyer Liqada oynayıram. Qazanmalı olan bütnü titullara yiyələnmişəm".

Qeyd edək ki, Çexiya millisinin sabiq üzvü ölkəsininPlzen "Viktoriya"sının yetirməsidir. O, Çexiyada "Çmel" və "Sparta" (Praqa)klublarında da çıxış edib. Çex 2002-2004-cü illərdə Fransanın "Renn" klubunda çıxış edib. 2004-cü ildə Çex 7 milyon funt-sterlinq qarşılığında "Çelsi"yə üz tutur. 2015-ci ildə isə o, Londonun digər təmsilçisi "Arsenal"a transfer olub.

Xəbər lenti