Xəzər Xəbər

“Ferrari”dən Mik Şumaxerə təklif

İdman | 15:47 • 15 Yanvar 2019
“Ferrari”dən Mik Şumaxerə təklif

"Ferrari” komandası Formula 1 üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxerə yeni mövsümdə sınaq pilotu kontraktı təklif edə bilər.

Bu barədə "Motosport” saytı məlumatlı mənbələrə istinadla xəbər verib.

Yaxın günlərdə komandanın bu kontraktın imzalanmasını elan edəcəyi gözlənilir. Beləliklə, Mik Şumaxer yaz aylarında Bəhreyn və İspaniya Qran-Prilərindən sonra keçiriləcək bolidlərin sınaq yürüşlərində iştirak edəcək.

Gənc Şumaxer ötən il keçirilən Formula 3 Avropa çempionatının qalibi olub və bu il Formula 2 yarışlarına keçərək dərəcəsini yüksəldəcək. O, eyni zamanda, İtaliyanın "Prema” komandası ilə əməkdaşlığını davam etdirəcək.

Xatırladaq ki, Mikin atası – hazırda ağır kəllə-beyin travmasından bərpa dövrünü davam etdirən əfsanəvi pilot Mixael Şumaxerin karyerasının ən parlaq səhifələri "Ferrari” komandası ilə bağlıdır.(AZƏRTAC)

Xəbər lenti