Xəzər Xəbər

Bu il Qətərdə üç stadion istifadəyə veriləcək - FOTO

İdman | 09:46 • 15 Yanvar 2019
Bu il Qətərdə üç stadion istifadəyə veriləcək -

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə XXII dünya çempionatına hazırlıq prosesi çərçivəsində cari ildə bu ölkədə üç stadion istifadəyə veriləcək.


Xezerxeber.az xəbər verir ki, "Əl-Vakra” və "Əl-Beyt” stadionlarının inşası artıq başa çatmaq üzrədir. Bu arenaların il ərzində açılışı olacaq. Bundan əlavə, paytaxt Dohada "Qatar Foundation Stadium” arenasının da tikintisi ilin sonuna qədər başa çatdırılacaq. Qırx beş min tamaşaçı tutumuna malik olacaq həmin stadion ən müasir texnologiyalarla təchiz ediləcək.


Qırx min tamaşaçı yerlik "Əl-Vakra” stadionu ənənəvi ərəb gəmisi üslubunda tikilib və körfəz dənizçilərinə həsr olunub. Əl-Xor şəhərindəki "Al-Beyt” arenası isə 60 min tamaşaçı yerlikdir və bədəvi çadırını xatırladır.


Qətərin qonaqpərvərliyini nümayiş etdirəcək "Əl-Rayyan” arenasının tamaşaçı tutumu 40 min nəfər olacaq. Həmin stadionun açılışı 2021-ci ilə nəzərdə tutulub.


Ümumilikdə, dünya çempionatı üçün səkkiz stadion tikiləcək və ya yenidən qurulacaq. Bundan əvvəl Dohada 40 min tamaşaçı tutumu olan "Xəlifə” arenası istifadəyə verilib.


XXII dünya çempionatının oyunları 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək yeddi şəhərdə - paytaxt Doha ilə yanaşı, Lusail, Əl-Vakr, Əl-Xore, Əl-Rayan, Ümm-Salal və Mədinət-əş-Şamalda keçiriləcək.

Xəbər lenti