Xəzər Xəbər

Əfsanəvi braziliyalının oğlu "Neftçi"yə keçir?

İdman | 16:08 • 14 Yanvar 2019
Əfsanəvi braziliyalının oğlu "Neftçi"yə keçir?

Əfsanəvi braziliyalı futbolçu Rivaldonun oğlu Rivaldinyo çıxış etdiyi Bolqarıstanın "Levski" klubundan ayrılacaq.


Sportal.az "sportal.bg" saytına istinadən xəbər verir ki, Sofiya klubunda heç nə ilə yadda qalmayan futbolçu ilə "Neftçi" maraqlanır. Xəbərdə qeyd edilib ki, agentlər lazımsız braziliyalını klubun prezidenti Kamran Quliyevə təklif ediblər. 23 yaşlı futbolçunun "Neftçi"nin Antalya toplanışına qatılacağı ehtimalı var.


 "Levski" 2020-ci ilin yayına kimi müqaviləsi olan Rivaldinyonu icarəyə verməyi məqsədəuyğun hesab edir.


Qeyd edək ki, Rivaldinyo ölkəsi Braziliyada "Moqo Mirim", "Piraskiba", "İnternasional", "Paysandu" klublarında forma geyib. Gənc hücumçu Avropada "Boavişta" (Portuqaliya) və "Dinamo"də (Buxarest, Rumıniya) uğursuz karyera yaşayıb. 

Xəbər lenti